Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.
İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Entso Mareska UEFA Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcəkləri "Qarabağ"ın oyunlarını izləyəcək.
Metbuat.az xəbər verir ki, bu barədə o, yerli mətbuata açıqlama verib.
"Qələbə qazandığımız vaxtda belə irəli baxmaq lazımdır. Liqa Kubokunda "Vulverhempton"la (4:3) qarşılaşmadan sonra təyyarədə və avtobusda "Tottenhem"in oyunlarını izləməyə başladıq. Sonra isə "Qarabağ"ı izləyəcəyik. Dayanmaq olmaz. Növbəti matça köklənməli və hər dəfə yeni bir şey öyrənməlisən".