Çelsi nin dondurulmuş 2,3 milyardı Ukraynaya göndərilir

11.03.2025

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“The Financial Times”ın yaydığı məlumata görə, o, Londonun “Çelsi” klubunun satışından əldə edilən və dondurulmuş 2,3 milyard funt-sterlinqi Ukraynaya göndərməyi planlaşdırır.
“Yayılan xəbər doğrudur. Məlum pulları paylamaq, ondan istifadə etmək lazımdır”, - Lemmi deyib.
Xarici işlər naziri onu da qeyd edib ki, o, prosesdə məhkəmə yolu ilə getmək istəmir. Çünki bu, çox vaxt aparır. Lakin belə bir variant da müzakirə mövzusudur.
Roman Abramoviç 2003-cü ildə "Çelsi"ni 140 milyon funt-sterlinqə alıb. O vaxtdan bəri London klubu beş dəfə İngiltərə Premyer Liqasının (APL), iki dəfə Çempionlar Liqasının və Avropa Liqasının, beş dəfə İngiltərə Kubokunun və üç dəfə İngiltərə Liqa Kubokunun qalibi olub. Yəhudi əsilli məşhur rusiyalı iş adamı 2022-ci ilin mayında klubu sanksiyalara görə satıb.
Komandanın yeni sahibi Todd Bouli isə oyunçuların alınmasına bir neçə yüz milyon avro xərclədi. Bununla da klub transfer pəncərəsində liqanın ən çox pul xərcləyəni oldu.
Tural Tağıyev
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью