Çelsi nin fransalı futbolçusu komandanı tərk edir

03.05.2025

Icma.az, Sportal.az saytına istinadən bildirir.

Kristofer Nkunku "Çelsi"dən ayrılır.

Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçu bu yay "Çelsi"dən ayrılmaq qərarına gəlib. Bu barədə "Sky Sport" jurnalisti məlumat verib. Fransalı futbolçunun London klubu ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

Nkunku 2023-cü ildə "Leypsiq"dən "Çelsi"yə 60 milyondan çox avroya transfer olunmuşdu. O, cari Premyer Liqa mövsümündə 27 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью