Çelsi nin futbolçusu Əl Hilal la anlaşdı

15.08.2026

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Çelsi"nin futbolçusu Pedro Neto karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Əl-Hilal" portuqaliyalı vingeri transfer etmək istəyir. Bu barədə jurnalist Saşa Tavolyeri məlumat yayıb.

Ərəblər Neto ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıblar. "Əl-Hilal" 26 yaşlı oyunçu üçün İngiltərə klubunun tələb etdiyi 60 milyon avronu ödəməyə hazırdır.

Qeyd edək ki, "Çelsi" Pedro Netonu 2024-cü ilin yayında "Vulverhempton"dan 60 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü 2025/26 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью