Çelsi nin futbolçusu evində zədələndi Barselona ya qarşı oynamayacaq

21.11.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Uzun müddətdir yaşıl meydanlardan uzaq qalan "Çelsi"nin futbolçusu Koul Palmer yenidən zədələnib.

Sportal.az xəbər verir ki, ingiltərəli vingerin evində keçirdiyi qəza nəticəsində onun ayaq barmağı sınıb. Bu barədə komandanın baş məşqçisi Entso Mareska məlumat verib.

23 yaşlı ön xətt oyunçusu Premyer Liqada "Börnli" (22 noyaabr) və "Arsenal" (30 noyabr), Çempionlar Liqasında isə "Barselona"ya (26 noyabr) qarşı oynamayacaq.

Koul Palmer qasıq nahiyəsindo olan zədəyə görə 2 aydan çoxdur London təmsilçisinə kömək edə bilmirdi. İngiltərə millisinin üzvü bu mövsüm "mavilər"in heyətində meydana çıxdığı 10 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью