Çelsi nin futbolçusu Madrid klublarının hədəfindıə

02.04.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

İngiltərənin "Çelsi" klubunun argentinalı yarımmüdafiəçisi Entso Fernandes karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

"Unikal" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə Madridin iki klubu - "Real" və "Atletiko" maraqlanır.

Futbolçunun da bu klublardan birinə keçmək arzusunda olduğu bildirilib.

Qeyd edək ki, E.Fernandes cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 35 oyunda 5 qola, 9 məhsuldar ötürməyə imza atıb. Onun "Çelsi" ilə hazırkı müqaviləsinin müddəti 2032-ci ilə qədərdir. "Transfermarkt" portalı yarımmüdafiəçinin dəyərini 75 milyon avro qiymətləndirir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью