Çelsi nin futbolçusu Mançester Siti yə keçməyə razılıq verdi

25.08.2026

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Çelsi"nin yarımmüdafiəçisi Entso Fernandes "Mançester Siti"yə keçməyə yaxındır.

​Sportal.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Argentinalı futbolçu "şəhərlilər" düşərgəsinə keçməyə razılıq verib. "Mançester Siti" rəhbərliyi hazırda London klubuna futbolçunun transferi ilə bağlı rəsmi təklif hazırlayır.

​Daha əvvəl KİV-də "mavilər"in 25 yaşlı oyunçunun satışından təxminən 140 milyon avro (120 milyon funt-sterlinq) əldə etmək istədiyini bildirilirdi.

​Qeyd edək ki, Argentina millisinin üzvü olan Entso Fernandes ötən mövsüm "Çelsi"nin heyətində 54 qarşılaşmada iştirak edib, 15 qola və 7 məhsuldar ötürməyə imza atıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью