Çelsi nin futbolçusu qarət olundu

24.11.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Çelsi"nin hücumçusu Emanuel Emeqa Premyer Liqanın 11-ci turu çərçivəində baş tutan "Lids"lə oyunundan (1–4) sonra soyulub. Sport24.az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında paylaşım edib:

"İlk qolum, lakin məyusedici nəticə – cümə günü daha güclü qayıdacağıq.

Təəssüf ki, matçdan sonra soyuldum. Özümü yaxşı hiss edirəm, xoşbəxtlikdən, heç kim xəsarət almayıb. Dəstək mesajlarınıza görə təşəkkür edirəm".

Qeyd edək ki, "Lids"lə oyunda Emanuel "Çelsi"nin heyətində ilk qolunu vurub. O, indiyədək "zadəganlar"ın formasında 3 oyuna çıxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью