Çelsi nin futbolçusu Sabah ın rəqibinə keçə bilər

11.11.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İtaliyanın "Napoli" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisinin əsas hədəfi "Çelsi"də çıxış edən Ceymi Qittensdir. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

"Napoli" ingiltərəli vingeri yanvarda heyətinə qatmağa çalışacaq. London klubunda əsas heyətə düşməyən 22 yaşlı futbolçu özü də ayrılığa isti yanaşır.

"Çelsi" Ceymi Qittensi 2025-ci ilin yayında "Borussiya"dan 56 milyon avroya transfer edib. İngiltərə U-21 millisinin üzvü cari mövsümdə "mavilər"in heyətində 2 rəsmi matçda 55 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Napoli" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"ın rəqibidir. Komandalar arasındakı oyun 2027-ci ilin 20 yanvar tarixində Bakı Olimpita Stadionunda baş tutacaq.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью