Çelsi nin futbolçusu yenə zədələndi ”Barsa” ilə matçda iştirak edə bilməyəcək

21.11.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uzun müddətdir yaşıl meydanlardan uzaq qalan "Çelsi"nin futbolçusu Koul Palmer yenidən zədələnib.

Apasport.az xəbər verir ki, ingiltərəli vingerin evində keçirdiyi qəza nəticəsində onun ayaq barmağı sınıb.

Bu barədə komandanın baş məşqçisi Entso Mareska məlumat verib.

23 yaşlı ön xətt oyunçusu Premyer Liqada "Börnli" (22 noyaabr) və "Arsenal" (30 noyabr), Çempionlar Liqasında isə "Barselona"ya (26 noyabr) qarşı oynamayacaq.

Koul Palmer qasıq nahiyəsindo olan zədəyə görə 2 aydan çoxdur London təmsilçisinə kömək edə bilmirdi. İngiltərə millisinin üzvü bu mövsüm "mavilər"in heyətində meydana çıxdığı 10 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Serbiya millisinin üzvü “Çelsi”yə keçə bilər Braziliya millisinin üzvü butslarını mismardan asdı Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?” “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş "Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью