Çelsi nin heyətində ciddi itki

26.09.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Çelsi" klubu önəmli oyunçularından birinin xidmətlərindən üç həftə yararlana bilməyəcək.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Çelsi" klubunun baş məşqçisi Enzo Mareska mətbuat konfransında məlumat verib.

O bildirib ki, İngiltərə Premyer Liqasının V turunda keçirilən "Mançester Yunayted" - "Çelsi" (2:1) oyununun 21-ci dəqiqəsində zədələnən Kol Palmer üç həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacaq.

Onun qasıq nahiyəsindən zədələndiyi qeyd olunub.

Xatırladaq ki, noyabrın 5-də UEFA Çempionlar Liqasının liqa mərhələsində "Qarabağ" öz meydanında "Çelsi"ni qəbul edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью