Icma.az bildirir, Sportal.az portalına istinadən. İngiltərənin "Çelsi" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Nikolas Cekson sıradan çıxıb.
Tibbi müayinədən keçən seneqallı futbolçunun zədəsinin ciddi olduğu müəyyənləşib.
23 yaşlı forvard 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq. Onun aprel ayının əvvəlində oynamağa hazır olacağı bildirilir.
Qeyd edək ki, "Çelsi" Nikolas Ceksonu 2023-cü ilin yayında "Vilyarreal"dan transfer edib.
Seneqal millisinin üzvü bu mövsüm "mavilər"in heyətində meydana çıxdığı 24 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.