Çelsi nin hücumçusu aprelə qədər oynamayacaq

13.02.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Çelsi" ciddi itki ilə üzləşib.

QOL.az xəbər verir ki, London klubunun hücumçusu Nikolas Cekson bir müddət əvvəl zədələnib.

Ötən gün təkrar tibbi müayinədən keçən seneqallı oyunçunun durumunun ciddi olduğu bəlli olub. Komandanın baş məşqçisi Enzo Mareska futbolçunun 8 həftəyə qədər meydana çıxa bilməyəcəyini bildirib.

Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm "Çelsi"də 24 oyuna 9 qol vurub, 5 qol ötürməsi edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью