Çelsi nin hücumçusu Bavariya da

02.09.2025

Icma.az bildirir, Apasport portalına istinadən.

“Bavariya” daha bir transferi rəsmiləşdirib.

Apasport.az xəbər verir ki, komanda “Çelsi”nin hücumçusu Nikolas Ceksonu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 24 yaşlı seneqallı forvard bir illik icarə əsasında Bavyera təmsilçisinin şərəfini qoruyacaq.

Bundesliqa klubu bu keçid üçün “zadəganlar”a 15 milyon avro ödəyib. Həmçinin oyunçunun müqaviləsində 65 milyon avroluq məcburi satınalma maddəsi yer alıb.

Qeyd edək ki, Cekson ötən mövsüm “Çelsi”nin heyətində 37 rəsmi oyunda 13 qol vurub və 6 məhsuldar ötürmə edib.

“Aston Villa”dan iki yeni transfer “Qalatasaray”ın maraqlandığı hücumçu “Vilyareal”da Bonifeys Bundesliqada klubunu dəyişib Belçikalı qolkiper “Yunayted”də “Leypsiq”dən “Yuventus”a - RƏSMİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью