Çelsi nin müdafiəçisi Aston Villa ya keçir

27.01.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Çelsi"nin müdafiəçisi Aksel Disasi Premyer Liqada klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, fransalı futbolçunun "Aston Villa"ya keçəcəyi gözlənilir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Disasi Birmingem təmsilçisi ilə anlaşıb. Klublar arasında razılıq əldə olunsa, 26 yaşlı mərkəz müdafiəçisi "Aston Villa" ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Aksel Disasi "Çelsi"yə 2023-cü ilin avqust ayında "Monako"dan keçib. Fransa millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью