Çelsi nin müdafiəçisi Atletiko nun hədəfində

07.11.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Çelsi"nin müdafiəçisi Mark Kukurelya karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Atletiko" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Madrid nəhəngi Kukurelyanı mövsümün sonunda heyətinə qatmağı planlaşdırır. "Atletiko" 27 yaşlı sol cinah müdafiəçisi üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Çelsi" Mark Kukurelyanı 2022-ci ilin yayında "Brayton"dan 65 milyon avro qarşılığında transfer edib. İspaniya millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью