Çelsi nin müdafiəçisi Mamadu Sarr icarə əsasında Real Sosyedad a keçib

28.08.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Mamadu Sarr icarə əsasında "Real Sosyedad"a (İspaniya) keçib.

"Report"un xarici mediaya istinadən məlumatına görə, 20 yaşlı seneqallı futbolçu ilə 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

"Çelsi" M.Sarrı 2025-ci ilin yayında "Strasburq"dan transfer edib. Müdafiəçi komandanın heyətində klublararası dünya çempionatında debüt edib, sonra icarə əsasında Fransa klubuna qayıdıb.

2026-cı ilin fevralında "Çelsi" Sarrı icarədən vaxtından əvvəl qaytarıb. Müdafiəçi London klubunda 7 oyun keçirib.

Onun "Çelsi" ilə müqaviləsinin müddəti 2033-cü il iyunun sonuna qədər nəzərdə tutulub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью