Çelsi nin müdafiəçisi Yuventus da

23.01.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Çelsi"nin müdafiəçisi Renato Veyqa karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Yuventus" portuqaliyalı futbolçunu icarəyə götürüb. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Veyqa mövsümün ikinci yarısını A Seriyası klubunun heyətində keçirəcək.

"Yuventus" 21 yaşlı sol cinah müdafiəçisi üçün İngiltərə klubuna 4 milyon avro icarə haqqı ödəyəcək. Klublar arasındakı anlaşmada satınalma bəndi yoxdur. Futbolçu mövsüm bitdikdən sonra "Çelsi"yə qayıdacaq.

Qeyd edək ki, "Çelsi" Renato Veyqanı mövsümün əvvəlində "Bazel"dən transfer edib. Portuqaliya millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью