Icma.az bildirir, Sportal.az portalına istinadən.
"Çelsi"nin qapıçısı Filip Yörgensen karyerasını Fransada davam etdirəcək.
Sportal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Strasbur" danimarkalı qolkiperin keçidini həll edib. 24 yaşlı "əlcək sahibi" yaxın günlərdə Liqa 1 təmsilçisi ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, "Çelsi" Filip Yörgenseni 2024-cü ilin yayında "Vilyarreal"dan 24,5 milyon avroya transfer edib. Danimarka millisinin üzvü 2025/26 mövsümündə "mavilər"in heyətində meydana çıxdığı 12 rəsmi matçda qapısında 17 qol görüb.
saytlarin hazirlanmasi