Çelsi nin təklifini qəbul etmir, Liverpul dan dəvət gözləyir

14.05.2026

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xabi Alonso "Çelsi"dən gələn təklifi qəbul etmək istəmir.

Sportal.az “iSport”a istinadən xəbər verir ki, o, “Liverpul” ona təklif göndərəcəyinə inandığı üçün tələsmir.

“Çelsi” onu istəsə də, Alonso 5 mövsüm futbolçu kimi oynadığı “Liverpul”da baş məşqçi postunda boşluq olacağını ehtimal etdiyi üçün gözləməyə üstünlük verir. “Liverpul"un indiki baş məşqçisi Arne Slotun gələcəyi isə şübhə altındadır.

Mersisayd klubunun sahibləri səbirli olmağa hazır olsalar da, azarkeşlər niderlandlıdan açıq şəkildə narazılıq bildirirlər.

Dünya çempionatından sonra ispan mütəxəssisin “Liverpul”a baş məşqçi təyin olunacağı gözlənilir.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью