Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Çelsi” Entso Fernandesin “Mançester Siti”yə transferindən sonra onun yerinə “Monako”nun seneqallı yarımmüdafiəçisi Lamin Kamaranı gətirmək istəyirdi.
Fanat.Az xəbər verir ki, informasiyanı "Yahoo Sports" yayıb.
Tərəflər transfer üçün təxminən 47 milyon funt-sterlinq məbləğində razılığa gəlmişdilər. Kamara da “Çelsi”yə keçməyə maraq göstərirdi və tibbi müayinədən keçməyə hazırlaşırdı. Lakin son anda “Monako” razılaşmadan geri çəkildi və transfer ləğv olundu.
Fransa klubunun qərarı Folarin Baloqunun “Everton”a transferinin baş tutmaması ilə əlaqəli olub. Oyunçunun keçidi pozulduqdan sonra "Monako" futbolçunu satmaq fikrindən daşınıb. "Çelsi" tərəfi isə bunu qeyri-peşəkar davranış kimi qiymətləndirib.
Əlisahib İbrahimli