Icma.az, Fanat saytına istinadən bildirir.
“Çelsi”nin argentinalı futbolçusu Entso Fernandes “Mançester Siti”yə keçid üçün şəxsi müqavilənin şərtləri ilə bağlı razılığa gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Yarımmüdafiəçinin transferinin reallaşması üçün artıq hər iki klubun razılığı tələb olunur.
“Mançester Siti” hələlik London klubuna rəsmi təklif göndərməyib. Lakin “şəhərlilər”in yaxın zamanda “Çelsi” ilə danışıqlara başlaması gözlənilir.
Qeyd edək ki, Entso Fernandes 2022-ci ildə Argentina yığmasının heyətində dünya çempionu olub. Futbolçu 2023-cü ildən “Çelsi”nin formasını geyinir.
Əlisahib İbrahimli