Çelsi nin vingeri Barselona ya keçə bilər

30.10.2026

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Çelsi"nin futbolçusu Estevao karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Barselona" braziliyalı vingerin xidmətində maraqlıdır. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Kataloniya nəhəngi Estevaonu yanvarda heyətinə qatmağa çalışacaq. "Barselona"nın planı 19 yaşlı ön xətt oyunçusunu icarəyə götürməkdir.

Qeyd edək ki, "Çelsi" Estevaonu 2025-ci ilin yayında "Palmeyras"dan 45 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində 8 rəsmi matçda 172 dəqiqə meydanda olub.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью