Çelsi nin vingeri Roma nın hədəfində

07.11.2026

Icma.az, Sportal.az saytına istinadən bildirir.

İtaliyanın "Roma" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, A Seriyası nəhənginin əsas hədəfi "Çelsi"də çıxış edən Ceymi Gittensdir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Roma" ingiltərəli vingeri yanvarda heyətinə qatmağa çalışacaq. "Canavarlar"ın hədəfi 22 yaşlı futbolçunu icarəyə götürməkdir.

Qeyd edək ki, "Çelsi" Ceymi Gittensi 2025-ci ilin yayında "Borussiya"dan 56 milyon avroya transfer edib. İngiltərə U-21 millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində 2 rəsmi matçda cəmi 55 dəqiqə meydanda olub.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью