Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Çelsi” klubu yay transfer dönəmində genişmiqyaslı futbolçu satışını planlaşdırır.
SİA xəbər verir ki, klub rəhbərliyi 13 futbolçu ilə yolları ayırmağı nəzərdə tutur. Bu barədə “The Telegraph” məlumat yayıb.
Satış siyahısında bu adlar yer alır: Noni Madueke, Kristofer Nkunku, Joao Feliks, Robert Sançes, Corce Petroviç, Renatu Veqa, Ben Çiluell, Aksel Disasi, Uesli Fofana, Kirnan Düsburi-Hol, Karni Çukvuemeka, Lesli Uqoçukvu və Rahim Sterlinq.
Qeyd edək ki, “Çelsi” 2024/25 mövsümündə İngiltərə Premyer Liqasını dördüncü pillədə tamamlayaraq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.