Çelsi onu göndərməyə hazırlaşır

15.04.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Çelsi" onu göndərməyə hazırlaşır

"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes bu mövsümün sonunda London klubunu tərk edə bilər. 

QOL.az xəbər verir ki, jurnalist Migel Deleyninin yaydığı məlumata görə, "zadəganlar" Fernandesi "Bornmut"un gənc oyunçusu Aleks Skottla əvəzləməyi planlaşdırır. Bildirilir ki, London təmsilçisi artıq bir müddətdir 22 yaşlı futbolçunun çıxışlarını yaxından izləyir.

 "Bornmut" isə öz yarımmüdafiəçisinin transferindən 50 milyon funt sterlinqdən çox gəlir əldə etməyi hədəfləyir.

Qeyd edək ki, Aleks Skott 2023-cü ildə 23 milyon avro müqabilində "Bristol"dan "Bornmut"a transfer olunub. Onun klubla hazırkı müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir. Yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 34 matça çıxaraq 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью