Çelsi onu London klubuna satacaq

05.08.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

“Tottenhem” “Çelsi"nin hücumçusu Nikolas Ceksonu transfer etməyi düşünür.

Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, "Tottenhem"in baş məşqçisi Roberto De Zerbi hücum xəttini gücləndirməyə çalışır və o, sərəncamında 25 yaşlı seneqallı forvardı görmək niyyətindədir.

"Çelsi" Ceksona görə 65 milyon funt sterlinq gəlir əldə etmək istəyir. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Bavariya”da keçirib.

25 yaşlı futbolçunun “Çelsi” ilə müqavilə müddəti 2033-cü il iyunun 30-na qədərdir.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью