Çelsi onunla yollarını ayırmağa hazırlaşır

02.08.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Çelsi" futbolçusu Nikolas Ceksonla yollarını ayırmağa yaxındır.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

London klubu 24 yaşlı hücumçunu yay transfer pəncərəsinin son həftələrində satmağa hazırdır. Hazırda danışıqların davam etdiyi bildirilir.

Qeyd edək ki, Nikolas Cekson ötən mövsüm "Çelsi"nin heyətində 37 oyuna çıxaraq 13 qol vurub və 6 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2033-cü ilin yayına qədərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью