“Çelsi” qapıçısını buraxmadı

28.07.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Çelsi”nin qadınlardan ibarət komandasının qapıçısı Hanna Hempton klubla müqaviləsinin müddətini uzadıb.

Futbolpress.az xəbər verir ki, ingiltərəli qolkiper London təmsilçisi ilə yeni 2 illik müqaviləyə imza atıb. 2025/26 mövsümünün sonunda azad agent olmaq imkanı olan Hempton 2028-ci ilin yayına qədər komandada qalmağa qərar verib.

2023-cü ildə “Aston Villa”dan “Çelsi”yə keçən 25 yaşlı qapıçı bu müddət ərzində Qadınlar Super Liqasında (WSL) 50 matçda meydanda olub. Hempton London klubunun heyətində 2 dəfə çempionluq, 1 dəfə Ölkə Kuboku və 2 dəfə Liqa Kubokunu qazanıb.

Hempton ötən mövsüm WSL-də keçirdiyi 18 matçın 7-də qapısını toxunulmaz saxlayaraq bu göstərici üzrə liqanın ən yaxşılarından biri olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью