“Çelsi” qapıçısını Liqa 1 ə göndərdi RƏSMİ

11.08.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Çelsi” qapıçısı Filip Yorgenseni Fransanın “Strazburq” klubuna göndərib.

Apasport.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Danimarkalı qolkiper mövsümün sonuna qədər Liqa 1 klubunda icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Yorgensen 2024-cü ildən “Çelsi”nin formasını geyinir. O, ötən mövsüm London klubunun heyətində 12 matça çıxıb, 17 qol buraxıb. Qapıçı 2 görüşdə qapısını toxunulmaz saxlayıb.

“Tottenhem”dən ayrıldı, Londonun digər klubuna keçdi “Barselona”dan “Liverpul”a - RƏSMİ Keyn yenidən tarix yazdı Vardi İngiltərəyə qayıdır? “Barselona”nın sabiq kapitanı MLS-də çıxış edəcək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью