Çelsi Qarabağ a qarşı oyuna ciddi itkilərlə çıxacaq

03.11.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

"Çelsi" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda keçiriləcək "Qarabağ"la oyunda bəzi önəmli futbolçularından istifadə edə bilməyəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, London klubunda müdafiəçilər Levi Kolvill, Benua Badiaşile, hücumçu Liam Delap, yarımmüdafiəçi Dario Esuqa və komandanın əsas ulduzu Kol Palmer zədə səbəbindən Ağdam təmsilçisinə qarşı oyunda forma geyinə bilməyəcəklər.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью