“Çelsi” qələbə qazanaraq ikinci yerə yüksəlib VİDEO

22.11.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

İngiltərə Premyer Liqasının 12-ci turunda “Bernli" və “Çelsi” arasında keçirilən oyun başa çatıb.

“Göylər” 2:0 hesabı ilə qalib gəlib. Qarşılaşma Bernlidə baş tutub.

“Çelsi”dən Pedro Neto 37-ci dəqiqədə, Entso Fernandes isə 88-ci dəqiqədə qol vurub.

Bu oyundan sonra “Bernli” 10 xalla İngiltərənin yüksək liqasının turnir cədvəlində 17-ci, “Çelsi” isə 23 xalla ikinci yerdədir.

Növbəti turda “Bernli” 29 noyabrda səfərdə "Brentford"la, “göylər” isə 30 noyabrda “Arsenal”la qarşılaşacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью