“Çelsi” Qranit Caka ilə müqaviləni razılaşdırıb

27.06.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Sky Sports-un məlumatına görə, “Çelsi” yarımmüdafiəçi Qranit Caka ilə şəxsi şərtlərlə bağlı şifahi razılığa gəlib.

İdman.Biz bildirir ki, “göylər” artıq “Sanderlend” rəhbərliyi ilə danışıqlara başlayıb.

Bu arada baş məşqçi Xabi Alonso isveçrəli yarımmüdafiəçi ilə şəxsən maraqlanır və onun transferi üçün fəal şəkildə çalışır. “Mançester Yunayted” də isveçrəli yarımmüdafiəçi ilə maraqlanır.

2025/26 mövsümündə Qranit Caka bütün yarışlarda 36 oyunda iştirak edib, bir qol vurub və altı məhsuldar ötürmə edib. Cakanın “Sanderlend”ə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью