Çelsi Rafael Leanın keçidi üçün İtaliya klubu ilə danışıqlara başlayıb

04.03.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Çelsi" klubu ukraynalı vingeri Mixaylo Mudrikin dopinq testinin müsbət çıxmasından sonra onun yerinə futbolçu axtarışına başlayıb.

Oxu.Az xəbər verir ki, "Çelsi" "Milan"ın ulduz vingeri Rafael Leanın transferi ilə bağlı danışıqlara başlamaq qərarına gəlib.

Londonlular yayda Leanın transferini ciddi şəkildə reallaşdırmağı düşünürlər. Onun üçün italyanlara 100 milyon avro təklif etməyə hazırdırlar.

Qeyd edək ki, bu mövsüm Lean klub səviyyəsində 38 oyun keçirib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью