“Çelsi” Rahim Sterlinqin klubdan ayrıldığını açıqlayıb

28.01.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Çelsi” rəsmi saytında yarımmüdafiəçi Rahim Sterlinqin müqaviləsini ləğv etdiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, 31 yaşlı futbolçu bu mövsüm “Çelsi”də bir dənə də olsun oyun keçirməmişdi.

“Rahim Sterlinq bu gün bizimlə üç mövsüm yarım keçirdikdən sonra qarşılıqlı razılıq əsasında “Çelsi” Futbol Klubundan ayrıldı.

Rahimə “Çelsi”yə verdiyi töhfəyə görə təşəkkür edirik və karyerasının növbəti mərhələsində uğurlar arzulayırıq”, - deyə London klubunun açıqlamasında bildirilir.

Sterlinq əsas heyətdən ayrı məşq edirdi. Onun London klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər idi. Ötən mövsüm Rahim icarə əsasında “Arsenal”da oynayıb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью