Icma.az bildirir, Idman.biz portalına istinadən.
İngiltərənin “Çelsi” klubu İtaliyanın “Komo” komandasında çıxış edən mərkəz müdafiəçisi Yakobo Ramonla maraqlanır.
İdman.Biz xəbər verir ki, London təmsilçisi 21 yaşlı ispaniyalı futbolçunun perspektivini yüksək qiymətləndirir.
Lakin müdafiəçinin transferi yalnız 2027-ci ilin yayında mümkün görünür. Buna səbəb “Real Madrid”in yetirməsi olan futbolçu üzərində geri alış hüququnu saxlamasıdır. Madrid klubu bu mövsüm başa çatdıqdan sonra Ramonu yenidən heyətinə qaytara bilər.
Müqavilədə oxşar bənd “Komo”nun digər futbolçusu Niko Pas üçün də nəzərdə tutulub.
Bununla yanaşı, “Çelsi”nin “Napoli”yə icarəyə verdiyi fransalı müdafiəçi Benya Badyaşili vaxtından əvvəl geri çağırmaq niyyətində olmadığı bildirilir.
Qeyd edək ki, daha əvvəl Yakobo Ramonla “Arsenal” və “Mançester Yunayted”in də maraqlandığı açıqlanmışdı.