“Çelsi” “Real Madrid”in ulduzunu 120 milyon avroya almağa hazırlaşır

09.04.2025

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərənin "Çelsi" klubu "Real Madrid"in ulduzu Rodriqo Silva de Qoisi heyətinə cəlb etmək istəyir.

Missiya.Az xəbər verir ki, bu barədə “Fichajes.net” nəşri məlumat yayıb.

Bildirilib ki, İngiltərə klubu braziliyalı ulduz üçün 120 milyon avro təklif etməyə hazırdır.

Xatırladaq ki, Rodriqo 2019-cu ildən "Real Madrid"in heyətində çıxış edir.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью