Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Real”ın hücumçusu Rodriqo karyerasını Premyer Liqada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xitmədində “Mançester Siti”, “Mançester Yunayted” və “Çelsi” klubları maraqlıdır.
London təmsilçisi braziliyalı oyunçu üçün israr edir. Rəhbərlik Rodriqonun transferi üçün artıq təklif hazırlayıb.
Onlar 24 yaşlı oyunçu üçün 100 milyon avrodan çox ödəməyə hazırdır. Rodriqonun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.