“Çelsi” “Real”ın yetirməsini almaq istəyir

12.11.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Çelsi” “Komo”nun hücumameylli yarımmüdafiəçisi Niko Pas üçün rəsmi transfer sorğusu göndərib.

İdman.Biz-in məlumatına görə, London klubu 21 yaşlı futbolçunun dəyərinin yaxın illərdə 100 milyon avroya yüksələ biləcəyinə inanır.

Məlumata əsasən, Pasın yetirməsi olduğu “Real Madrid” “göylər” üçün maneə ola bilər. “Göylər”in yarımmüdafiəçini 2026-cı ildə 9 milyon avroya, 2027-ci ildə isə 10 milyon avroya almaq seçimi var. “İnter” də argentinalı futbolçuya maraq göstərir və 58 milyon avroluq təklif hazırlayır.

Paz bu mövsüm bütün turnirlərdə 12 oyunda meydana çıxıb, dörd qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью