Çelsi rəqibini darmadağın edib, Real Betis qələbə qazanıb

11.04.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Apasport.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

"Çelsi" səfərdə Polşa klubu "Legiya"nın qonağı olub. Qonaqlar rəqibinə heç bir şans tanımayıb. Görüş "zadəganlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər matçında "Real Betis" öz meydanında "Yagelloniya"nı 2 cavabsız qolla məğlub etməyi bacarıb - 2:0.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью