“Çelsi” “Roma”nın yarımmüdafiəçisi ilə maraqlanır

31.08.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 31 avqust, AZƏRTAC

İngiltərənin “Çelsi” klubu İtaliyanın “Roma” komandasında çıxış edən Fransa millisinin yarımmüdafiəçisi Manu Koneni heyətinə qatmaq istəyir.

AZƏRTAC xəbər verir ki, tanınmış insayder Fabritsio Romanonun sözlərinə görə, London təmsilçisi artıq 25 yaşlı futbolçunun agentlərindən biri ilə əlaqə saxlayıb.

“Roma” isə Koneni komandada saxlamaq niyyətindədir və hələlik onun transferi ilə bağlı heç bir təklif almayıb.

“Çelsi”nin fransalı futbolçuya marağı Enzo Fernandesin “Mançester Siti”yə mümkün keçidi ilə əlaqələndirilir. London klubu argentinalı yarımmüdafiəçinin ayrılacağı təqdirdə Koneni onun mümkün əvəzləyicilərindən biri kimi nəzərdən keçirir.

“Transfermarkt” portalı Konenin bazar dəyərini 50 milyon avro qiymətləndirir. O, ötən mövsüm A Seriya klubunun heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Kone 2026-cı il dünya çempionatında Fransa millisinin heyətində 5 matçda iştirak edib. Bu görüşlərin 4-də futbolçu start heyətində meydana çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью