“Çelsi” Sançonun transferini nəzərdən keçirir | Icma.az
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Çelsi” cinah yarımmüdafiəçisi Ceydon Sanço üçün 25 milyon funt sterlinqlik satın alma variantını həyata keçirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, Sanço hazırda “Mançester Yunayted”dən icarə əsasında “zədagənlar”a keçid edib.
Daha əvvəl bildirilirdi ki, “Çelsi” futbolçunun tam transferindən imtina edə və 5 milyon funt sterlinq cərimə ödəyə bilər.
“Çelsi”nin yayda cinah oyunçusu axtarışlarını sürətləndirəcəyi gözlənilir.
Bu addım dopinq testinin müsbət çıxması səbəbindən müvəqqəti diskvalifikasiya olunmuş Mixail Mudrikə görə yaranmış vəziyyətlə bağlıdır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu