​ Çelsi səfərdə gərgin matçda qalib gəldi

25.08.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

​İngiltərə Premyer Liqasında qol düellosu ilə yadda qalan matçda "Çelsi" səfərdə "Fulhem" üzərində 3:2 hesablı vacib qələbə qazanıb.

Redaktor.az xəbər verir ki, görüşün ilk dəqiqəsindəcə Joao Pedro (Koul Palmerin ötürməsi ilə) "Çelsi"ni önə keçirib.

"Fulhem" 23-cü dəqiqədə Coş Kinqin qolu ilə hesaba tarazlıq gətirsə də, 41-ci dəqiqədə Morqan Rocers qonaqları yenidən öndə çıxarıb. İkinci hissənin başında — 49-cu dəqiqədə Koul Palmer fərqi iki topa çatdırıb. Meydan sahiblərindən Qonsalo Qarsiya 54-cü dəqiqədə hesabı 2:3 etsə də, "Fulhem"in qalan dəqiqələrdə bərabərlik qolunu vurmaq cəhdləri nəticə verməyib.

Turan ASLAN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью