Çelsi Skott üçün 107 milyon avro ödəməyə hazırdır

21.11.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İngiltərənin "Çelsi" (Chelsea) klubu "Bornmut"un (Bournemouth) yarımmüdafiəçisi Aleks Skottu (Alex Scott) heyətinə qatmaq üçün danışıqları davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, London təmsilçisi təxminən 107 milyon avroluq anlaşma qarşılığında ingilis futbolçunun transferini yekunlaşdıracağına inanır. 

Milli komandaların oyunları ilə bağlı yaranan fasilə müddətində iki klub arasında aparılan təmaslar olduqca müsbət məcrada keçib.

Eyni zamanda bu transferdə rəqib sayılan "Liverpul"un (Liverpool) "Monako"nun (Monaco) üzvü Lamin Kamaraya (Lamine Camara) yönəlməsi "Çelsi"nin Skottu almaq şanslarını daha da artırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью