Çelsi Tottenhemə qalib gəlib: 4:3

08.12.2024

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Futbol üzrə İngiltərə Premyer Liqasında XV turun daha 4 oyunu keçirilib.

SIA xəbər verir ki, turun mərkəzi görüşündə "Tottenhem" "Çelsi"ni qəbul edib. Yeddi qolun vurulduğu London derbisində qonaqlar 4:3 hesablı qələbə qazanıblar.

Günün digər matçlarında "Arsenal" səfərdə "Fulhem"lə 1:1, "Brayton" "Lester"lə 2:2 hesablı heç-heçə edib, "Bornmut" isə "İpsviç"ə qalib gəlib - 2:1.

Qeyd edək ki, Premyer Liqada turnir cədvəlinə 35 xalla "Liverpul" başçılıq edir. Mersisayd klubunun ehtiyatda daha bir oyunu var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью