Çelsi türk futbolçu üçün danışıqlara başladı

23.04.2025

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Yuventus"un futbolçusu Kenan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" türk vingeri transfer etmək istəyir. Bu barədə "Foot Mercato" məlumat yayıb.

London klubu artıq Kenan üçün "Yuventus"a müraciət edib. "Çelsi" həmçinin, 19 yaşlı futbolçunun özü ilə də danışıqlara başlayıb.

Qeyd edək ki, "Yuventus" Kenan Yıldızı 2022-ci ilin yayında "Bavariya"nın gənclər komandasından transfer edib. Türkiyə millisinin üzvü olan gənc oyunçu bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью