“Çelsi” türkiyəli futbolçu üçün hərəkətə keçir

29.04.2025

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

“Çelsi” “Yuventus”da çıxış edən türkiyəli hücumçu Kənan Yıldızı transferi etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi 19 yaşlı futbolçunu heyətinə qatmaq üçün 100 milyon avro ödəməyə hazırdır. Yıldızın Turin klubu ilə 2029-cu ilə qədər müqaviləsi var.

Futbolçu cari mövsümündə 33 oyunda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью