Apasport saytına istinadən Icma.az xəbər verir.
“Çelsi” Denni Uelbekin transferi ilə bağlı “Brayton”la razılığa gəlib.
Apasport.az xəbər verir ki, 35 yaşlı ingiltərəli mərkəz hücumçusu London klubu ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə qol çəkəcək. Futbolçu tibbi müayinədən keçdikdən sonra transfer rəsmiləşəcək.
Uelbekin ayrılmaq istəyini klub rəhbərliyinə bildirməsindən sonra “Brayton” onun transferinə razılıq verib. Təcrübəli hücumçu ötən mövsüm Premyer Liqada keçirdiyi 37 oyunda 13 qol vurub.
“Çelsi” “Brentford”un yarımmüdafiəçisi Cordan Hendersonun da transferini yekunlaşdırmaq üzrədir. 36 yaşlı futbolçunun yaxın günlərdə London klubuna qoşulacağı gözlənilir.
“Yuventus”u “Lion”a dəyişdi - RƏSMİ Borclara görə həvəskar liqaya düşdü, 1000 sponsor tapdı FİFA dünya çempionatını özəlləşdirir? Avropa ölkələri boykotu müzakirə edir Acunun komandası Türkiyə klubunu məğlub edib Ranyeri İtaliya millisində vəzifəyə başladı