Çelsi və Barselona Bastonini istəyir

27.09.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Çelsi” və “Barselona” “İnter”in müdafiəçisi Alessandro Bastoninin transferi ilə maraqlanırlar.

Fanat.Az xəbər verir ki, informasiya "Transfermarkt"da yer alıb.

Məlumata görə, 27 yaşlı italiyalı futbolçu son aylarda Avropanın bir sıra böyük klublarının diqqət mərkəzindədir. “Barselona” Bastoni ilə daha əvvəl də maraqlanıb. İspaniya klubunun futbolçunun transferi üçün “İnter”in tələb etdiyi məbləği yüksək hesab etdiyi bildirilir.

“Çelsi” isə müdafiə xəttini gücləndirmək üçün Bastonini əsas namizədlərdən biri kimi nəzərdən keçirir. Xabi Alonso italiyalı müdafiəçinin üçlü müdafiə sisteminə uyğun olduğunu düşünür.

Məlumata görə, “İnter” Bastoni üçün təxminən 80 milyon avro tələb edir. “Barselona”nın bu məbləği ödəməyə hazır olmadığı, “Çelsi”nin isə transfer üçün daha böyük maliyyə imkanına malik olduğu bildirilir.

Bastoni 2028-ci ilə qədər “İnter”lə müqaviləyə malikdir.

Əlisahib İbrahimli

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью