Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"İnter" mərkəz müdafiəçisi Alessandro Bastoni ilə yollarını ayırmaq niyyətində deyil və futbolçu ilə yeni müqavilə barədə danışıqlara başlamağa hazırdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin sözlərinə əsasən, "Çelsi" və "Barselona"nın futbolçuya maraq göstərdiyinə dair şayiələrə baxmayaraq, hazırda bu klublardan hər hansı birinə mümkün keçidlə bağlı heç bir danışıq aparılmır.
Milan təmsilçisi müdafiəçini heyətində saxlamaq istəyir və yaxın gələcəkdə müqavilənin müddətinin uzadılmasını müzakirə etməyə hazırdır. Bastoninin hazırkı sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədədir və futbolçunun özü də karyerasını "İnter"də davam etdirməyə üstünlük verir.
Qeyd edək ki, Bastoni bu mövsüm 12 oyunda 1 qol vurub.